top of page

HAQQIMIZDA

1.jpg

35 kV daxil olmaqla, 35 kV-a dək bütün yarımstansiyaların tikintisi, quraşdırılması, restavrasiyası, yenidənqurma işləri, cari və əsaslı təmir işlərini həyata keçiririk.

İşləri şirkətimizdə çalışan təcrübəli işçilər - energetiklər, mühəndislər, ustalar, elektrik montyorları və çilingərlər həyata keçirirlər. Təhsilimiz və təcrübəmiz gördüyümüz işlərin qarantıdır.

           İnşaat sektoru

 

Bir çox sifarişlər inşaat sektoru daxil olmaqla həyata keçirilir. Qapalı tipli yarımstansiyalar buna misaldır. Bu zaman elektrik avadanlıqlarının yığıla bilməsi üçün əvvəla inşaat işlərinin həyata keçirilməsi lazım gəlir.

Bunun üçün də ilk olaraq yarımstansiya binasının tikinti işlərinə başlanılır.

Yarımstansiya binalarının tikintisi təsdiqlənmiş layihələr üzrə həyata keçirilir. Tikinti işlərinə təcrübəli mühəndislərimiz nəzarət edirlər. Tikinti yüksək keyfiyyətli, yalnız zavod şəraitində hazırlanmış materiallarla inşa olunur. Hörgü işləri üçün daş xüsusi seçilir. Hörgüdən sonra vurulacaq örtük qatı təyin olunmuş qalınlıqla işlənir. Ağartma işləri keyfiyyətli, silikon qatqılı selülozik parlaq ağardıcılar və boyalar ilə aparılır.

Без названия.jpg
           Enerji sektoru

 

Tikinti işləri başa çatdıqdan sonra elektrik avadanlıqlarının quraşdırılması işlərinə başlanılır. 

Elektrik avadanlıqlarının quraşdırılması çox məsuliyyətli işlərdən biridir. Elə buna görə də elektrik avadanlıqlarının quraşdırılmasını ali təhsil almış və təcrübəli şəxslər yerinə yetirməlidirlər. Bunu üçün bizim əməkdaşlar illərlə təhsil almış və bu sahədə təcrübə toplamış şəxslər olurlar.

Elektrik avadanlıqları şirkətimiz tərəfindən xüsusi (partnyor şirkətlərə) sifariş olunur. Sifariş hazır olduqdan sonra quraşdırılacağı yerə ehtiyyatla ​daşınaraq təcrübəli işçilərimiz tərəfindən quraşdırma işlərinə başlanılır. Quraşdırma işləri başa çatdırdan sonra xüsusi avadanlıqlarla yoxlama (sazlama) işləri həyata keçirilir.

Без названия.jpg
           Laboratoriya sektoru

 

Hər şirkətin laboratoriya sektoruna malik olmadığı bəllidir. Lakin, "İTA Enerji Təmir-Quraşdırma"MMC öz laboratoriyası olan şirkətlər sırasındadır. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti"-nin "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən Akkreditə olunmuş və Akkreditasi Attestatı almışdır ki, bu da Elektrik avadanlıqlarının sınaq işlərini aparmağa ən üst səviyyədə icazə verən sənəddir.

"İTA Enerji Təmir-Quraşdırma"MMC öz laboratoriyası ilə həm öz quraşdırdığı yarımstansayalarda həm də mövcud olan istənilən 35 kV-da daxil olmaqla 35 kV-a dək digər yarımstansiyalarda sınaq və sazlama işlərini həyata keçirir.​

Без названия.jpg
bottom of page